Buxarest Parlament Sarayı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Buxarest Parlament sarayı (rum.Palatul Parlamentului və ya Casa Poporului) - Rumıniyanın paytaxtı Buxarestdə Rumıniyanın iki məclisinə ev sahibliyi edən saray. Ginnesin Rekordlar Kitabına görə dünyanın ən ağır, ən böyük idarə, ən bahalı idarə binasıdır.[3] Saray Seauşescu rejimi zamanı tikilmişdir. Seauşescu binanı "Respublika evi" (Casa Republicii) qoymuş, ancaq rumınlar hələ də sarayı (Casa Poporului) olaraq adlandırırlar.[4]
Buxarest Parlament Sarayı | |
---|---|
Palatul Parlamentului | |
44°25′39″ şm. e. 26°05′15″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
Şəhər | Buxarest |
Yerləşir | Buxarest |
Tikilmə tarixi | 25 iyun 1984 - 25 dekabr 1989 / 1997[1] |
Üslubu | Klassisizm |
Hündürlüyü | 84 m[2] |
Uzunluğu |
|
Eni | 240 m |
Sahəsi | 340.000 m2 |
Material | mərmər |
Vəziyyəti | Parlament, muzey və sərgi binası |
Rəsmi sayt | cdep.ro |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sarayın 1100 otağı və 2 yeraltı avtoparkı ilə birlikdə 12 mərtəbəyə sahipdir. Həmçinin 2-i yeraltı olmaq üzrə 4 mərtəbəsinin inşaası davam etməkdədir.
Saray neoklassik üslubda tikilmişdir. Sarayın tikilməsində ancaq rumın materiallardan istifadə olunmuşdur. Transilvaniyadan 1 milyon m3 mərmər, güzgü, 1409 çılçıraq və 408 şamdan üçün 3500 ton kristal, böyük qapılar, sütunlar, şamdanlar üçün için 700.000 ton polad və bürünc, parket üçün qoz, palıd, albalı, qaraağac, çinardan ibarət %95-i yerli olan 900.000 m³ taxta, müxtəlif boylarda 200,000 m² yun xalça istifadə olunmuşdur.
Bu parlament sarayı Spirii təpəsi, Uran Təpəsi və ya Arsenal təpəsi kimi adlandırılan, Unirii bulvarının qərbindəki ərazidə tikilmişdir. Sarayı tikmək 19 kilsə, 6 sinaqoq, 3 protestant kilsəsi və 30.000 tikili yıxılmışdır.
İnşaasına 1983-ci ildə başlamış, təməli 25 iyun 1984-cü ildə qoyulmuşdur. 4 dövlət dairəsinin bu sarayda cəmləndirilməsi planlaşdırılmışdı:
Seauşescu devrildiyi və güllələndiyi 1989-cu ildə saray tamamlanmışdır . Lakin bəzi yerlər hələ bitirilməmişdi. Məsələn, saat qülləsi tikilməmişdi.Rejimin dəyişməsi zamanı yeni liderlər ətrafdakı ehtiyac içində tikilən bu sarayı “Seauşescunun Evi” olaraq adlandırdılar.
Sarayın bəzi hissələri 1997 və 2010-cu ildə tamamlanmışdır.
Saray parlament binasından başqa muzey və sərgi zalı kimi istifadə olunur. Yuxarı mərtəbəsində isə kafe fəaliyyət göstərir.
Rumınlar bir çoxu sarayın Pentaqondan sonra dünyada ən böyük ikinci binası olması ilə qürur duyurlar. Lakin bəziləri sarayı qədim Buxarestin yıxılmasının simvolu kimi görürlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.