Butan milli muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Butan milli muzeyi (dz. ལྟ་རྫོང་།, ing. National Museum of Bhutan) — Butan Krallığının qərbində yerləşən Paro dzonqxaqında mədəniyyət muzeyi.
Butan milli muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1641 |
Açılış tarixi | 1968 |
Təsisçi | Cinqme Dorci Vançuk |
Mövzu | Butan tarixi və mədəniyyəti |
Ölkə | |
Yerləşir | Paro, Butan |
Direktor | Xenpo Pxuntşok Taşi |
Telefon |
|
İş rejimi |
|
Bilet | |
27°25′43″ şm. e. 89°25′31″ ş. u.HGYO | |
nationalmuseum.gov.bt | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Butan incəsənətinin ən yaxşı nümunələrini nümayiş etdirmək üçün təsis edilmişdir. Bunlara bürüncdən hazırlanmış heykəllər və rəsm əsərləri də daxildir. Muzeyin ətrafında ekstensiv kolleksiyaları nümayiş etdirmək üçün qalereyalar tikilmişdir.
Hal-hazırda milli muzeydə Butan incəsənətinin 3 mindən çox nümunəsi var. Bu nümunələr Butanın 1,500 illik mədəni irsini əhatə edir.
Milli muzey 1968-ci ildə Butanın üçüncü kralı Cinqme Dorci Vançukun əmri ilə bərpa edilmiş Ta-dzonq adlı tarixi bir keşikçi qülləsinin binasında təsis edilmişdir. Bu dzonq 1641-ci ildə Rinpunq-dzonq adlı bir buddist monastırının şimal hissəsini müdafiə etmək üçün tikilmişdi.[4] 2014-cü ildə muzeydə yenidən abadlaşdırma işləri başlamışdır.[5] 2018-ci ildə muzeydəki elektrikləşdirmə işləri sona çatmışdır.[6]
Dairə formasında tikilən muzeyin yeddi mərtəbəsi var.
Muzeydə çoxlu buddist ibadətgahları və iki qurbangah var. Bunlar dindar ziyarətçilər üçün böyük əhəmiyyət daşıyırlar.
Muzeyin birinci mərtəbəsində qədim soyuq silahın, bürüncdən hazırlanmış qabların ekspozisiyası var. Muzeyin ikinci mərtəbəsində bambudan hazırlanmış konteynerlərin və kənd təsərrüfatı alətlərinin ekspozisiyası var. Muzeyin üçüncü mərtəbəsi buddist dini mərasimləri və buddizm tarixi mövzusuna həsr olunmuşdur. Muzeyin dördüncü mərtəbəsində iki dənə ekspozisiya var. Onlardan birincisi Butanda gündəlik həyat barədə etnoqrafik ekspozisiya var. Bu etnoqrafik ekspozisiyada qablar, geyimlər və bəzək əşyaları var. Həmin mərtəbədə yerləşən digər ekspozisiya ölkəni birləşdirən Şabdrunq Nqavanq Namqyala (1594–1651) həsr olunmuşdur. Muzeyin beşinci mərtəbəsində Butanın qədim tarixinə, kostyumlarına, dini mərasimlərinə, soyuq silahlarına və əlyazmalarına həsr olunmuş ekspozisiya var. Həmin mərtəbədə buddizmdə müqəddəs şəxs hesab edilən Pema Linqpaya həsr olunmuş bir hissə də var. Muzeyin altıncı mərtəbəsi orta əsrlərə (XI–XV əsrlər) həsr olunub. Burada buddist dini mərasimlərinə dair əşyalar – txanqkalar, bürüncdən hazırlanmış heykəlciklər, naxışlı əşyalar və ibadətgahlar var. Muzeyin yeddinci mərtəbəsində filateliya şöbəsi, dzonqların şəkilləri, txanqkalardan ibarət qurbangah və Çoqşinq kainat mandalası var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.