Bunud
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Bunud | |
---|---|
40°55′09″ şm. e. 47°59′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 592 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 900 (2009) nəfər |
Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.[1]
Bunud oyk., sadə. Qəbələ r-nunun Vəndam i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Vəndam kəndindən yaranmış dörd kiçik məntəqədən (Nohurqışlaq, Seyidqışlaq, Həzrə və Bunud) biridir. Yerli əhali oykonimi Bulud kimi tələffüz edir. Kənd əvvəllər Buludun suyu adlı kiçik çayın sahilində salınmış, sonralar buraya köçürülmüşdür. Adını kəndə vermiş çay da öz adını buludlu nəslindən almışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.