Brandeys Universiteti
From Wikipedia, the free encyclopedia
Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti[2]. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır.[3] 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur.[4] Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb.[5]
Cəld faktlar Əsası qoyulub, Tələbə sayı ...
Brandeys Universiteti | |
---|---|
42°21′56″ şm. e. 71°15′35″ q. u. | |
Əsası qoyulub | 20 oktyabr 1948 |
Tələbə sayı | 5.800, 5.265[1] |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.