From Wikipedia, the free encyclopedia
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü.
Bozqır haçaquyruğu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Bozqır haçaquyruğu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Nadirdir.
(CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir.
Azərbaycanda cinsin 2 növündən biridir.
Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Samur çayının deltasında[3], Dəvəçi limanında[4], Kür-Araz ovalığında–Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində[5][6], Naxçıvan MR ərazisində Arazboyu maili düzənlik və orta dağlıq qurşağında yayılıb[7].
Su hövzələrinin sahillərindəki nəmli biotoplarda və dayaz su sahələri əsas yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün gəlir. Köçüb gəlmə və köçüb getmə vaxtı müəyyən edilməyib. Koloniya halında nəsil verir. Yuvaları hər tərəfdən su və bataqlıq biotopları ilə əhatə olunmuş adacıqlarda yerləşir. Yuvasında 4 yumurta olur[8][9]. Həşərat yeyir.
Ağgöldə 25.06.1962-ci ildə 2 cütü, 02.06.1963-cü ildə 20 cütü[10], 1990-cı ilin may ayında Mahmudçala-Ağçalada 8 fərdi[11], Samur çayı deltasında 27. VII.1990-cı ildə tək-tək fərdləri və 3–5 fərddən ibarət kiçik sürüləri, 19. VIII-10. X.1988-ci ildə 30, 1988-ci ildə 19 avqustdan 10 sentyabra qədər 30 fərdi, 1989-cu ildə 4 fərdi[12], 1998-ci ilin iyul ayında Qızılağac Dövlət Təbiət Qoruğunda 14 fərd[13] qeyd edilib.
Yayda dayaz su sahələrinin quruması və yaşayış yerlərində çoxlu mal-qara otarılması.
Elmi və estetik əhəmiyyəti var.
Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) "Qırmızı Kitab"larına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda növün qorunmasının fəal maarifçiliyi məsləhətdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.