Boxinsko gölü (sloven. Bohinjsko jezero, alm. Wocheiner See) — Sloveniya ərazisində yerləşən sahəsinə görə ən böyük göl. Gölün sahəsi 3,18 km²-dir[2]. Əslində Şerknisa gölü 30 km² əraziyə malik olsa da quraq mövsümdə ərazisi tamamən quruyur. Göl 525 m dəniz səviyyəsindən yuxarıda, Boxin icması ərazisində yerləşir. Triqlav Milli Parının ərazisinə də daxildir.

Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Boxinsko gölü
sloven. Bohinjsko jezero
Thumb
Ümumi məlumatlar
Mütləq hündürlüyü 525 m
Eni 1 km
Uzunluğu 4,35 km
Sahəsi 3,18 km²
Həcmi 0,1 km³
Dərin yeri 44,6 m
Orta dərinliyi 29,5[1]
Yerləşməsi
46°17′01″ şm. e. 13°51′35″ ş. u.HGYO
Ölkə  Sloveniya
Yerləşməsi Sloveniya
Thumb
Boxinsko gölü
Boxinsko gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Coğrafiya

Thumb
Boxinsko gölü vəRibčev Laz kəndi

Göl 4,2 km məsafədə uzanır. Maksimal eni isə 1 kilometrə yaxındır[3]. Buzlaq mənşəlli göldür. Buzların ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir.

Gölə tökülən ən böyük axar Savina çayıdır («Kiçik Sava»)[4]. Savina çayı , Qara göldən qidalanır (sloven. Črno jezero). Qara gölün özüdə Triqlava göllər vadisində ən iri göldür. Boxinsko gölünün şərq hissəsindən Ozernisa çayı başlayır (sloven. Jezernica). Bu çayda Mostniseylə birləşdikdən sonra Sava Bohinkanı meydana gətirir. Bu çayın özüdə Sava-Dolinka ilə birləşərək Sava çayını əmələ gətirir. Təbiətşünas alim Baltazar Ake hələ XVIII əsrdə müəyyən edir ki, Boxinsko gölünə tökülən suyun miqdarından daha çox göldən su axır. Bu da olunla izah edilir ki, göl əlavə yeraltı enerji mənbələrlə qidalanır.

Gölün təmiz sularında Alabalıq, Nalim, Qafqaz enlibaşı, Adi enlibaş, Salvelinus alpinus, səkkiz növ molyusk, həmcinin çoxlu sayda yosun növü yayılmışdır. Göl məşhur turizm ərazisi sayılır. Gölə çimmək və digər idman növləri ilə məşqul olmaqdan ötrü gəlirlər. Sahilində şair Rudolf Baumbax tərəfindən tarixini ölümsüzləşdirən əfsanəvi Zlatoroq qarapaçasının heykəli vardır.

Boxinsko gölünün yerləşdiyi bölgədə çoxlu sayda dağ-xizək mərkəzləri vardır. Onlar arasında ən iriləri – Sorişka Platina, Voqel, Kolba[5].

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.