From Wikipedia, the free encyclopedia
Bosniya və Herseqovina Respublikası — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Dövlət 1992-ci ildə Yuqoslaviyadan ayrılaraq müstəqillik deklorasiyası imzalasından Deyton sazişinin tam olaraq tətbiqindən sonra 1997-ci ilə qədər mövcudluğunu saxlamışdır. Dövlət ərazisinin böyük hissəsində Bosniya müharibəsi getmişdir. Müharibənin gedişində ölkə ərazisində milli azlıqlar olan serblər və xorvatlar tərəfindən tanınmayan dövlətlər qurulmuşdur. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası, serblər isə Serb Respublikasını qurmuşdur. Özünün mövcudluğunun ilk iki ilini dövlət boşnakların maraqlarını qoruyurdu. Bu dövrdə dövlət respublikanın az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur. 1995-ci ilin sonlarında Deyton sazişinin imzalanması ilə alyansa Serb Respublikasında qatılmışdır. 1997-ci ildə isə dövlətin əsasında müasir Bosniya və Herseqovina qurulmuşdur.
Bosniya və Herseqovina Respublikası | |||||
---|---|---|---|---|---|
bosn. və xorv. Federacija Bosne i Hercegovine | |||||
| |||||
Himn: Intermezzo |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Sarayevo | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Aliya İzetbekoviç | ||||
Sahəsi | |||||
• Ümumi | 51129 km² | ||||
Valyuta | Bosniya və Herseqovina dinarı |
Bosniya və Herseqovina tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Slavyanlardan öncəki dövr | |
İllirik • Dalmatsiya | |
Orta əsrlər | |
Bosniya banatı • Bosniya krallığı | |
Osmanlı İmperiyası | |
Bosniya əyaləti • Bosniya vilayəti | |
Avstriya-Macarıstan | |
Bosniya və Herseqovina kondominiumu | |
Yuqoslaviya | |
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası | |
Müstəqil Xorvatiya Dövləti | |
Bosniya və Herseqovina Sosialist Respublikası | |
Müstəqillik dövrü | |
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası | |
Bosniya və Herseqovina | |
1990-ci ildə Bosniya və Herseqovina Sosialist Respublikasında təşkil edilən seçkilərdə üç millətin mənafeylərini təmsil etmək və sosialistləri hakimiyyətdən uzaqlaşdırmaq olmuşdur. Bir müddət sonra Sloveniya daha sonra isə Xorvatiya Yuqoslaviyadan ayrılmışdır. Bu isə Bosniya və Herseqovina Sosialist Respublikası ərazisindəki koalisiyada çatlar əmələ gəlir. Xorvatlar və boşnaklar Yuqoslaviyadan çıxmaq tərəfdarı olsalarda serblər isə Yuqoslaviyanın saxlanması tərəfdarı idilər. 1991-ci ilin oktyabrında parlament müstəqillik haqqında deklorasiuyanı imzalamışdır. 29 fevral və 1 mart tarixlərində referendum keçirilir. Referendumda iştirak edənlərin 98% müstəqilliyi dəstəkləmişdir. Serblər isə referendumu baykot etmişdir.
İlk addımlar serblər tərəfindən atılmışdır. 1992-ci ilin 6 aprel tarixində Sarayevoda genişmiqyaslı hərbi əməliyyat başlamışdır. Bosniya və Herseqovinanın müstəqilliyini tanıyan təşkilatlar Yuqoslaviyanın ordusunun ölkəni tərk etməli olduğunu bildurdi. Ancaq zabit və əsgərlərin bir qismi hazırkı Serb Respublikasının ərazisinə cəmləşərək burada tanınmamış dövlətin ordusunu təşkil etmişdi. Nəticədə Serb Respublikasının ordusu Bosniya və Herseqovinanın böyük hissəsini əlində saxlamağı bacarmışdı. 6 may 1992-ci ildə Avstriyanın Qras şəhərində Serb Respublikasının Prezidenti Radovan Karaciç və Xorvat Herseq-Bosna Respublikası Prezidenti Mate Boban arasında serblər və xorvatlar bir-birinə qarşı hərbi əməliyyatların dayandırılması haqqında qərar qəbul edilir. Onlar əməliyyatların bosniyalıların yaşadığı ərazilərə yönəlməsini qərarlaşdırılır[1]. Artıq bu dönəmdə serblər Bosniya və Herseqovinanın 70% ərazisini əlində saxlayırdı. Bu iki etnik qrup arasında əldə edilən razılaşma sayəsində 19 iyun 1992-ci ildə Xorvat-bosniya müharibəsi başlamışdır.
1994-cü ilin martında Vaşınqton anlaşması imzalanmışdır. Nəticədə Xorvat-bosniya müharibəsi başa çatır. 14 dekabr 1995-ci ildə Parisdə Bosniya və Herseqovina Respublikası Prezidenti Aliya İzetbeqoviç, Serbiya Prezidenti Slobodan Miloşeviç və Xorvatiya Prezidenti Franko Tucman arasında Deyton anlaşması imzalanmışdır. Nəticədə Bosniya müharibəsi bitmişdir. Serb Respublikası isə Bosna və Herseqovina Respublikana inteqrasiya edilmişdir.
Hərbi əməliyyatların gedişi zamanı 95-100 min arası insan ölmüş, 2 milyon insan isə qaçqına çevrilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.