From Wikipedia, the free encyclopedia
Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən[3] müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır.[4]
Bosniyalı Soyqırımı | |
---|---|
Əsas münaqişə: Bosniya Müharibəsi | |
Ümumi məlumatlar | |
Yeri | Srebrenica, Bosniya və Herseqovina |
Hücumun hədəfi | Bosniyalı sakinlər |
Tarix |
|
Ölü sayı | 8,372 ölü[1] |
Törədən(lər) |
Srprska Respublikasının Ordusu[1] Scorpions paramilitary group[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.