Boris Lyatoşinski
Ukraynalı bəstəkar, dirijor, müəllim / From Wikipedia, the free encyclopedia
Boris Mikolayoviç Lyatoşinski (ukr. Бори́с Миколáйович Лятоши́нський; Boris Nikolayeviç Lyatoşinski kimi də tanınır (rus. Бори́с Николаевич Лятоши́нский);[5][6] 22 noyabr (4 dekabr) 1894[1][2], Jitomir[3] – 15 aprel 1968[3][4][…], Kiyev[3]) — ukraynalı bəstəkar, dirijor və müəllim, Ukrayna klassik musiqisində modernizm və ekspressionizmin nümayəndələrindən biri. XX əsr Ukrayna bəstəkarlarının yeni nəslinin aparıcı nümayəndəsi, o, bir sıra mükafatlara, o cümlədən Ukrayna SSR-nin Xalq Artisti fəxri adına və iki Stalin mükafatına layiq görülüb.
Boris Lyatoşinski | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Борис Миколайович Лятошинський |
Doğum tarixi | 22 noyabr (4 dekabr) 1894[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 aprel 1968(1968-04-15)[3][4][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, musiqi pedaqoqu[d], universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1920–1968 |
Janrlar | opera, simfoniya |
Musiqi aləti | skripka |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
O, ibtidai təhsilini Polşa ədəbiyyatı və tarixinin yüksək qiymətləndirildiyi evdə alıb. 1913-cü ildə məktəbi bitirdikdən sonra Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olur və məzun kimi Kiyev Konservatoriyasında musiqi müəllimi vəzifəsinə işə düzəlir. 1910-cu illərdə Lyatoşinski müxtəlif musiqi janrlarında 31 əsər yazıb. 1930-cu illərdə o, xalq musiqisini öyrənmək və yerli əhalinin həyatından bəhs edən balet bəstələmək üçün Tacikistana gedib. 1935–1938-ci illərdə və 1941–1944-cü illərdə Moskva Konservatoriyasında orkestrdən dərs deyib. Müharibə zamanı təxliyə edilən Lyatoşinski Konservatoriyanın Saratovdakı filialında dərs deyir, burada ukrayna mahnılarının aranjimanları üzərində işləyir və Ukrayna musiqi əlyazmalarının təhlükəsiz yerə daşınmasını təşkil edirdi.
Lyatoşinskinin əsas əsərlərinə "Qızıl üzük" (1929) və "Şhors" (1937) operaları, beş simfoniyası, "Dörd Ukrayna xalq mövzusunda uvertüra" (1926), Taras Şevçenko (1952) və Romeo və Cülyetta (1955) süitaları, Qrajina simfonik poeması (1955), "Slavyan" fortepiano konserti (1953) və Reinhold Qlierin skripka konsertinin tamamlanması və orkestri (1956) aid edilir. Onun bəstələrinin çoxu sağlığında nadir hallarda səsləndirilmiş və ya heç vaxt ifa olunmayıb. Simfoniyalarının 1993-cü ildəki səsyazısı onun musiqisini ilk dəfə olaraq dünyanın hər yerində tamaşaçılara çatdırıb.
Sovet hakimiyyəti tərəfindən tənqid olunsa da, onun İkinci Simfoniyası kimi əsərlərinin rəsmən qadağan edildiyi bir vaxtda Lyatoşinski heç vaxt sosialist realizmi üslubuna əməl etməyib. Onun musiqisi müasir Avropa üslubunda yazılmış və incə şəkildə Ukrayna mövzularını ehtiva edirdi. Onun erkən musiqi üslubuna ailəsi, müəllimləri (o cümlədən Qlier) və Marqarita Tsareviç təsir göstərib. Lyatoşinskinin ailəsində Polşa tərəfinin olması onun bir çox əsərlərində Polşa mövzularının mərkəzi olması ilə nəticələnib. Həmçinin ilk əsərlərində Çaykovski, Qlazunov və Skryabindən ilham alıb. Musiqi üslubu sonralar Şostakoviçin üstünlük verdiyi istiqamətdə inkişaf etdi. Lyatoşinskinin tələbələri olan və ondan təsirlənən sovet və ukraynalı bəstəkarlar arasında Miroslav Skorik və Valentin Silvestrov da var.