Bolqarıstan Hərb Tarixi Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir.
Hərb Tarixi Muzeyi | |
---|---|
Əsası qoyulub | 1916 |
Mövzu | hərb |
Ölkə | |
Yerləşir | Sofiya, Bolqarıstan |
Muzeyə yetişmək | Sofiya küçəsi „Çerkovna“ 92 |
İş rejimi | 10.00- 18.00 |
42°41′18″ şm. e. 23°21′02″ ş. u.HGYO | |
militarymuseum.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır. Həmin dövrdə Bolqarıstanda yerləşən 3 muzeydən biri idi.
1949-cu ildə muzey Milli Ordunun Mərkəzi Muzeyi adlandırılmışdır. 1950- 1951-ci illərdə muzey başqa binaya köçürüldü. Dənizkənarı parkın "General Skobelev" 23 küçəsində yerləşən muzeyin sahəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. 1952-ci ildə muzey yeni sərgi açdı. 1956-cı ildən muzeydə seminariyalar işə başladı.
1967-ci ildə Bolqarıstan ilə Macarıstan arasında bağlanan sazişdən sonra xaricdə ilk dəfə Birinci Bolqarıstan Ordusu Muzeyi yaradıldı.
1971-ci ildən muzey "Hərbi Tarix Milli Muzeyinin materialları" adı altında elmi jurnal nəşr edir. 1975-ci ildə isə elm və incəsənət sahəsində fərqlənənlər üçün Milli Muzey tərəfindən birinci dərəcəli "Əziz Kiril və Mefodiya" ordeni təsis olunub.
2001-ci il aprel ayında Hərbi Tarix Muzeyi "Çerkovna" 92 ünvanına köçürüldü.[1]
Muzeyin açıq sahə sərgisində aşağıdakı eksponatlar sərgilənirː
|
|
Hal-hazırda muzeydə 1 milyondan çox eksponat saxlanılır, bununla da Bolqarıstan və Avropa hərbi tarixini öyrənmək mümkündür.
Muzey 5 kvadrat kilometr ərazini əhatə edir. Muzeyə kitabxana və kompüter mərkəzi, elmi ixtisaslaşdırılmış ədəbiyyat və həmçinin muzeyin kolleksiyası daxildir.
Muzeyin 2 zalında mükafatlar və fərqlənmə ordenləri saxlanılır. Birinci otaqda 960 medal və döş nişanı vardır. Bu da Bolqarıstanın hərb sisteminin inkişafını göstərir.[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.