Bolqar
Rusiyada şəhər From Wikipedia, the free encyclopedia
Rusiyada şəhər From Wikipedia, the free encyclopedia
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şəhər | |
Bolqar | |
---|---|
Болгар | |
54°58′ şm. e. 49°02′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | I minillik |
İlk məlumat | X əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 80 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 84347 |
Poçt indeksi | 422840 |
Digər | |
spasskiy.tatarstan.ru/mo… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu.
Bolqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Şərqi Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, karadan isə doğrudan-doğruya Kişev və karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Şəhərdəki Xan camisi XIII əsrin 2-ci yarısında inşa edilmişdir. Camidə 20 sütun mövcud idi; onun qübbəsinə yaxın səmtdə böyük bir minarə tnknlmnşdiş minarə 24 metr yüksəklikdə idi, sonradan tikilmiş daha 3 kiçik minarəsi vardı. Bu cami Bülər şəhərindəki Saray camisinin bənzəri idi.Caminin Bulqar dövlətinin ana camisi olduğu qəbul edilmişdir.2. XIV əsrin sonlarına doğru işğalçı rusların Bulqar ölkəsinə hücumları artır.1431-ci ildə isə knyaz Fyodor Pestriyin hücumu bu şəhərin tamam məhvinə səbəb oldu.
Volqanın yuxarılarında mövcud olan möhtəşəm Bulqar şəhərindəki məşhur Xan məscidini Puşkin görmüşdür. (O Puqaçov üsyanının tarixini yazmaq üçün 1732-ci ildə bu torpaqlara səfər etmişdir) Məscidin Puşkin kimi bir çox səyyahların hələ uzaqdan gördüyü minarəsi 1841-ci ildə uçmuşdur. Onun dağıntıları üstündə böyük kilsə tikdilər. Kilsə daha əvvəldən məscidin də sahəsini əhatə edən Spassk monastırına daxil idi.3 . Müəllif Puşkinin Puqaçov üsyanının tarixi üzərində işlərkən üsyan bürüyən yerləri gözləri ilə görüb öyrənmək üçün Orenburq vilayətinə yola düşməsini, tarixi Bulqar şəhərinə gəlməsini belə göstərir: böyük bir ərazi başdan-başa xarabalıq idi. Təkcə salamat qalan minarə çox-çox uzaqdan kədərli bir nişanə tək görünürdü. Sanki bu xarabalığa belə sahib olduğunu göstərmək üçün bu qalıqların üzərində tən ortada kilsə tikilmişdi. Adlı-sanlı müsəlman nəsillərinin sərdabələri Uspenski kilsəsinə çevrildi. 1732-ci ildə tikilmiş Uspenski kilsəsi bu möhtəşəm viranələr fonunda edam payası kimi göyə millənirdi.
Qəbiristanlıqdakı məscidin minarəsi isə günümüzədək salamat qalmaqdadır. Yeni salınan kənd 1781-1935- ci illər arası Spassk Tatarskiy, indiki adı (kilsə adı olduğuna görə Sovet illərində dəyişdirildi) 1935-ci ildən Kuybışevdir. Smolnikov kitabında məscidin şəklini vermiş, burada uçuq divarlar və salamat qalmış bir- iki hücrə onun bir zamankı əzəmətini çatdırmaqdadır. Ruslarla məskunlaşdırılan məntəqə 1781-ci ildə böyüyüb yeni şəhərə çevrilmişdir. Məşhur saray şairi və əyanı Derjavin vaxtilə ilk tədqiqlərini Bulqar şəhərinin tarixinə həsr etmişdir. Çox maraqlıdır ki, Şərqdə hələ XII əsrdə ixtira olunmuş tüfəng rus salnamələrində .4. "tyufık" kimi qeyd olunmaqla 1376-cı ildə ilk dəfə olaraq Bulqar şəhərinin müdafiəsində adı çəkilir. Bir metrlik lülədən ibarət olan və daş qəlpə, qırmalarla atəş açdığı göstərilir. Bulqar şəhərinə hücum edən ruslar bu döyüşdə ilk dəfə gördükləri bu silahı "Qrom puşaxu" ifadəsiylə təsvir etmişlər. Buradan da bu yeni silah puşka adı ilə Rusa daxil oldu.
Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.