![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ac/William-Adolphe_Bouguereau_%25281825-1905%2529_-_The_Bohemian_%25281890%2529.jpg/640px-William-Adolphe_Bouguereau_%25281825-1905%2529_-_The_Bohemian_%25281890%2529.jpg&w=640&q=50)
Bohemiyalı
From Wikipedia, the free encyclopedia
"Bohemiyalı" (fr. Bohémienne, ing. The Bohemian) — fransız akademik rəssamı Vilyam Buqronun 1890-cı ildə işlədiyi rəsm əsəri.[1] Əsərdə Sena çayının kənarında oturmuş ayaqyalın qız təsvir edilmişdir. Əlində violonçel tutmuş qızın arxasında Paris Məryəm Ana kilsəsi görünür. Qız sağ əli ilə dizinə dirsəklənmiş və paltarının qolu violonçelin bir hissəsini örtmüşdür. Qızın sağ tərəfində isə ağcaqayın ağacı vardır.
Cəld faktlar Bohemiyalı, Rəssam ...
Bohemiyalı | ||
---|---|---|
| ||
Rəssam | Vilyam Buqro | |
Tarixi | 1890 | |
Üslubu | məişət janrı | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 150 sm × 124,5 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Filbruk İncəsənət muzeyi |
Bağla
Buqro bu əsər üçün istifadə etdiyi modeli, başqa bir əsərində - "Çoban qız" əsərində də istifadə etmişdir.
Əsər 2004-cü ildə Christie's auksionunda Minneapolis İncəsənət İnstitutu tərəfindən alınmışdır.[2]