Blucekinq
From Wikipedia, the free encyclopedia
Blucekinq (ing. Bluejacking) – Bluetooth simsiz şəbəkəsi vasitəsi ilə gözlənilməş şəkildə və sanki "heç bir yerdən" gəlməyən adsız mesajlarla telefon istifadəçilərini spamlama üsulu. Əsasən, əyləncə və tanışlıq üçün istifadə olunur.[1][2] Bu mesajlaşma növündən istifadə edənlər özlərino blucekerlər,[3] yəni "mavi yeləklər" olaraq adlandırır.Haker cəmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edir və onları Ağ şlyapaların və Qara şlyapaların arasındakı boz zonada yerləşdirirlər.[4]
Texniki olaraq, nəzarət bəzi telefonların standart olaraq mesajlarını Bluetooth ilə digər telefonlara göndərilməsinə icazə verdiyi üçün mümkündür. Mavi yeləklər, adətən, mesajlarını qəbul edən telefona yerləşdirmək üçün telefonun kontaktında olan insanlardan istifadə edir və mesajlarını ad və soyad hissələrinə yazırlar.[1]