Bitlis xanlığı
kürd əmirliyi / From Wikipedia, the free encyclopedia
Bitlis xanlığı[1] — Bitlisdə yaşayan 24 tayfanın birləşməsindən yaranan müsəlman kürd xanlığı.[2][3]XVII əsrin ortalarında Abdalxan dövlətin xanı idi.[4] Fransa səyyahı Jan Batist Tavernye onu ən güclü kürd hökmdarı hesab edirdi.[5] Tavernyenin fikrincə, Abdalxan müstəqil idi, Səfəvi və Osmanlı dövlətlərinin nəzarətini qəbul etmirdi. Övliya Çələbi Abdalxanı intibah hökmdarı və sənət ustası kimi tərifləmişdir.[6]