Bistritsa
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bistritsa (rum. Bistrița) - Rumıniyanın şimalında şəhər. Bistritsa-Neseud judetinin inzibati mərkəzi. 2012-ci ilin məlumatına əsasən şəhərin 70 mindən çox əhalisi var.
Bistritsa | |
---|---|
Bistrița Beszterce Bistritz | |
47°08′ şm. e. 24°29′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 16 iyun 1264 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 356 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 420008–420198 |
Digər | |
primariabistrita.ro | |
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Karpatın dağarası çuxurunda, Bistritsa çayının (Someş hövzəsi) sahilindədir. 12 əsrdə Transilvaniyanın şimalında Macarıstan kralı II Geza tərəfindən salınmış, Almaniyadan gəlmələrlə məskunlaşmışdır. İlk dəfə şəhər kimi 1264-cü ildə qeyd olunur. 13 əsrdən Bistritsaya macarların axını güclənmişdir. 1241–1242-ci illərdə monqollar tərəfindən dağıdılmışdır. 1353-cü ildə macar kralı Böyük Layoş şəhərə yarmarka keçirmək hüququ vermişdir.
Orta əsrlərdə Bistritsa sənətkarlıq, həmçinin macar torpaqlarından Dunay knyazlıqlarına gedən yolda ticarət mərkəzi olmuşdur. 1465–1515-cü illərdə planlı şəkildə tikilən şəhər ikicərgəli qala divarı ilə əhatə olunmuşdur. Orta əsr yaşayış tikililərindən bir hissə, o cümlədən Gümüş ustasının evi və Prixod evi saxlanılmışdır. Fransiskçilər monastırının pravoslav kilsəsi, barokko üslubunda katolik kilsəsi və rəssamlıq məktəbi var. Xalq yaradıcılığı və ənənələri mərkəzidir. Ağac emalı, mebel sənayesi müəssisələri fəaliyyət göstərir, süd məhsulları, şüşə məmulatlar, tikinti materialları istehsal olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.