Biseksuallıq və ya biseksualizm — həm kişi , həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış.[1][2][3][4] Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir.[5][6][7]

Thumb
Biseksual qürur bayrağı

Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur.[1][2][8] Bu anlayış heteroseksuallıqhomoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər.[9]

Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonalekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər[10][11][12] və bunu seçim kimi qiymətləndirmirlər.[10][11][13] Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.[10] Xüsusilə kişilər üçün cinsi oriyentasiyanın bioloji səbəblərini dəstəkləyən daha çox dəlil var.[8][14][15]

Məlum tarix boyunca biseksuallıq müxtəlif insan cəmiyyətlərində[16]heyvanlar aləmində[17][18][19] müşahidə edilmişdir. Buna baxmayaraq, biseksuallıq termini heteroseksuallıq və homoseksuallıq kimi XIX əsrdə ortaya çıxmışdır.[20]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.