![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/59/Birmingham-Shuttlesworth_International_Airport.jpg/640px-Birmingham-Shuttlesworth_International_Airport.jpg&w=640&q=50)
Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı
From Wikipedia, the free encyclopedia
Birminqem-Şattlsvort beynəlxalq hava limanı (ing. Birmingham-Shuttlesworth International Airport) (BHNA: BHM[3], BMAT: KBHM, FAA yer identifikatoru: BHM) - ABŞ-nin Alabama ştatının Birminqem şəhərinə və Taskalusa daxil olmaqla şəhərin metropoliten ərazisinə xidmət edən mülki-hərbi hava limanı. Əvvəllər Birminqem Bələdiyyə Hava Limanı, daha sonra Birminqem Beynəlxalq Hava Limanı adı ilə fəaliyyət göstərmişdir. Hava limanı Cefferson qraflığında, Birminqem şəhər mərkəzindən 5 mil (8.0 km) şimal-şərqdə,[1] I-20 və I-59 yollarının kəsişməsinin yaxınlığında yerləşir.
Birminqem-Şattlsvort beynəlxalq hava limanı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||
![]() | |||||||||||||||
![]() | |||||||||||||||
33°33′50″ şm. e. 86°45′08″ q. u. |
|||||||||||||||
IATA: BHM – ICAO: KBHM– FAA LID: BHM – WMO: 72228 |
|||||||||||||||
Məlumat | |||||||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||||||
Ölkə | |||||||||||||||
Açılış tarixi | 1931 | ||||||||||||||
Sahibkar | Birminqem şəhəri | ||||||||||||||
Operator | Birminqem Hava Limanı İdarəsi | ||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
650 ft / 198 m | ||||||||||||||
Xəritə | |||||||||||||||
Hava limanının Albama xəritəsində yeri | |||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||
|
|||||||||||||||
Statistika (2015) | |||||||||||||||
|
|||||||||||||||
Rəsmi saytı | |||||||||||||||
![]() |
Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı 40 şəhərdə yerləşən 43 havalimanına 136 uçuş daxil olmaqla gündə ortalama 301 təyyarə əməliyyatı həyata keçirir.[1][4] Hava limanı 2014-cü ildə 2,598,428 sərnişinə xidmət etmiş və Alabama ştatında sərnişin həcminə görə ən böyük və ən işlək hava limanı olmuşdur.[5]
Aerodrom bütün növ təyyarələri qəbul edə bilir. Əsas uçuş-enmə zolağı 12,002 fut (3,658 m) uzunluğundadır.[6] İkinci uçuş-enmə zolağı isə 7,100 fut (2,200 m) uzunluğundadır. II kateqoriyalı alətli enmə sistemi (AES) görüş məsafəinin 400 metrdən az olduğu hallarda belə əməliyyat etməyə imkan verir.
2008-ci ilin iyul ayında hava limanına Fred Şattlsvortun adı verilmişdir.
Cənub Uçuş Muzeyi şimal-cənub uçuş-enmə zolağının şərq tərəfində, Birminqem Hava Limanı İdarəsinin ərazisində yerləşir.