From Wikipedia, the free encyclopedia
Billboard Hot 100 — ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit parad "Billboard" jurnalı tərəfindən tərtib edilir. Qrafik reytinqləri ABŞ-dakı satışlara (fiziki və rəqəmsal), onlayn və radio dinlənmə sayına əsaslanır.
Cədvəl çərşənbə axşamı Billboard veb-saytı tərəfindən onlayn olaraq ictimaiyyətə təqdim edilir, amma tarix olaraq jurnalın yayımlandığı növbəti şənbə günü qeyd edilir. Satışlar üçün həftəlik izləmə aralığı 2015-ci ilin iyulunda dəyişdirildikdən sonra hal-hazırda cümə-cümə axşamıdır.
Billboard Hot 100-ün ilk bir nömrəli mahnısı 4 avqust 1958-ci ildə Ricky Nelsonun "Poor Little Fool" mahnısı olmuşdur. 16 mart 2024-cü ildə bitən həftənin buraxılışına görə qrafikdə hal-hazırda bir nömrəli mahnı Kanye Westin Ty Dolla Sign və Rich the Kid ilə əməkdaşlıq etdiyi "Carnival"dır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.