Bikaner
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər.[1]
şəhər | |
Bikaner | |
---|---|
ing. Bikaner | |
28°01′05″ şm. e. 73°19′01″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Racəstan |
Region | Bikaner |
Tarixi və coğrafiyası | |
Sahəsi | 155 km² |
Mərkəzin hündürlüyü | 242 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,500,000 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 151 |
Poçt indeksi | 334001 |
Nəqliyyat kodu | RJ-07 |
Digər | |
bikaner.rajasthan.gov.in/content/raj/bikaner/en/home.html | |
Vikianbarda əlaqəli mediafayllar |
Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı.[1]
1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur.[1]
Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir.[1]
Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s. hazırlanır. Bədii sənətkarlıq (fil sümüyündən məmulatlar) inkişaf etmişdir. Yaxınlığında fosforitlər, asbest, gips, beril, mika, kaolin, çöl şpatı hasil olunur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.