Beyt Quvrin Milli Parkı
From Wikipedia, the free encyclopedia
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. בית גוברין - מרשה) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir.[1]
Cəld faktlar Sahəsi, Yerləşməsi ...
Beyt Quvrin Milli Parkı | |
---|---|
ivr. בית גוברין - מרשה | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 5 km2 ha |
Yerləşməsi | |
31°35′49″ şm. e. 34°54′02″ ş. u. | |
Ölkə | İsrail |
Rayon | Cənub |
Yaxın şəhər | Kiryat Qat |
Rəsmi adı | ing. Caves of Maresha and Bet-Guvrin in the Judean Lowlands as a Microcosm of the Land of the Caves |
Tipi | Mədəni |
Kriteriya | v |
Tarixi | 2014 (38-ci sessiya) |
İstinad nöm. | 1370 |
Region | Avropa və Şimali Amerika |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar[2] aşkarlanmışdır.