![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Beethoven.jpg/640px-Beethoven.jpg&w=640&q=50)
Lüdviq van Bethoven
alman klassik musiqi bəstəkarı / From Wikipedia, the free encyclopedia
Lüdviq van Bethoven (alm. Ludwig van Beethoven; güm. 16 dekabr 1770[3][4][…], Bonn, Köln kürfürstlüyü, Müqəddəs Roma imperiyası[3][5][…] – 26 mart 1827[6][3][…], Vyana, Avstriya imperiyası[5][3][…]) — dahi alman bəstəkarı və pianoçusu, Vyana klassik məktəbinin sonuncu nümayəndəsi.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bethoven | |
---|---|
alm. Ludwig van Beethoven | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Lüdviq van Bethoven |
Doğum tarixi | |
Doğum yeri | Bonn, Müqəddəs Roma imperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Vyana, Almaniya ittifaqı |
Vəfat səbəbi | ehtimal ki, qaraciyər sirrozu[1] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | alman |
Anası | Maria Maqdalena Keveriç |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1782–1827 |
Janr | romantizm-klassizm |
Musiqi aləti | piano |
![]() |
|
beethoven.de | |
![]() |
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.