From Wikipedia, the free encyclopedia
Bernadotlar sülaləsi | |
---|---|
Ölkə | |
Banisi | Karl Jan Baptist Juls Bernadot |
Sonuncu hökmdar | XVI Karl Qustav |
Hazırkı rəhbər | XVI Karl Qustav |
Əsası qoyulub | 1818 |
Soyun kəsilməsi | davam edir |
Milliyyət | İsveç (əslində Fransız) |
Titullar | |
İsveç kralı Norveç kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
İsveç tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Qədim Skandinaviya | |
Antik İsveç | |
Vikinq dövrü İsveçi | |
Erkən İsveç tarixi | |
Sülalələr: | |
Münsö sülaləsi (VIII əsr—1060) | |
Stenkil sülaləsi (1060—1125) | |
Sverker sülaləsi | |
Erik sülaləsi | |
Byelbo sülaləsi | |
Kalmar Birliyi | |
Meklenburq sülaləsi | |
Vaza sülaləsi | |
Holşteyn-Qottorp sülaləsi | |
İsveç-Norveç | |
Bernadotlar sülaləsi | |
Müasir İsveç | |
XIV Karl İohann | |
I Oskar | |
XV Karl | |
II Oskar | |
V Qustav | |
VI Qustav | |
XVI Karl Qustav | |
İsveç portalı |
Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi.
Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi.
O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi. Bernadot 8 Mart, 1844-cü ildəki ölümünə qədər 5 fevral 1818-ci ildən İsveçi XIV Karl İohann və Norveçi III Karl İohann kimi idarə etdi. Bernadot'un sülaləsi şəxsi uniyanın bitməsi üçün danışıqlar aparan Norveç parlamentinin qərarına hörmət etdi və 1905-ci ildə Norveç müstəqil dövlət oldu.
Bernadotlar sülaləsinin gerbinin sol tərəfi Vaza sülaləsini, sağ tərəfi isə Jan Bernadotun mülkü olan Pontekorvo prinsliyini bildirir.
Şəkli | Adı | Hakimiyyətə gəlişi | Hakimiyyətdən gedişi | Əlaqə |
---|---|---|---|---|
Karl Jan Baptist Juls Bernadot | 1818 | 1844 | qurucu hökmdar | |
Jozef Fransua Oskar | 1844 | 1859 | əvvəlki kralın oğlu | |
Karl Lüdviq Evgen | 1859 | 1872 | əvvəlki kralın oğlu | |
Oskar Fredrik | 1873 | 1907 | əvvəlki kralın qardaşı | |
Oskar Qustav Adolf | 1907 | 1950 | əvvəlki kralın oğlu | |
Oskar Fredrik Vilhelm Olaf Gustav Adolf | 1950 | 1973 | əvvəlki kralın oğlu | |
Karl Gustav Fulke Hubertus | 1973 | hakimiyyətdədir | əvvəlki kralın nəvəsi | |
SƏLƏF SÜLALƏ Holşteyn-Qottorp sülaləsi |
Bernadotlar sülaləsi 1818- davam edir |
XƏLƏF SÜLALƏ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.