![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/Ben_Shapiro_%252842913418281%2529_%2528cropped%2529.jpg/640px-Ben_Shapiro_%252842913418281%2529_%2528cropped%2529.jpg&w=640&q=50)
Ben Şapiro
ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. / From Wikipedia, the free encyclopedia
Bencamin Aaron Şapiro (ing. Benjamin Aaron Shapiro; 15 yanvar 1984, Los-Anceles, Kaliforniya)[2] — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur.[3][4][5] Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021).
Ben Şapiro | |
---|---|
ing. Ben Shapiro | |
![]() 2019-cu ildə Ben Şapiro | |
Digər adı | Bencamin Aaron Şapiro |
Doğum tarixi | 15 yanvar 1984(1984-01-15) (40 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Mor Toledano (ev. 2008) |
Uşağı | 2 |
Atası | Deyvid Şapiro |
Milliyyəti | amerikalı |
Təhsili |
|
Fəaliyyəti | radioaparıcı[d], vəkil, redaktor[d], jurnalist, yazıçı, podkaster[d], siyasi şərhçi, şərhçi, hüquqşünas, icraçı prodüser[d] |
Fəaliyyət illəri | 2001–h.h. |
Partiyası | |
![]() |
|
dailywire.com/author/ben… | |
![]() |