From Wikipedia, the free encyclopedia
Bella Mixaylovna Davidoviç ( rus. Бе́лла Миха́йловна Давидо́вич) — yəhudi əsilli sovet-amerikan pianoçusu.[3]
Bella Davidoviç | |
---|---|
rus. Белла Михайловна Давидович | |
Ümumi məlumatlar | |
Doğum adı | Белла Михайловна Давидович |
Doğum tarixi | 16 iyul 1928[1] (96 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1939-cu ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur.
Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasında[4] dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİ və Şərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.