Siyasi xadim From Wikipedia, the free encyclopedia
Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (ərəb. الباجي قائد السبسي; 29 noyabr 1926[1][2][…], Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d][1] – 25 iyul 2019[1][2][…], Tunis hərbi xəstəxanası[d][1][3]) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur.
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Beji Kaid əs-Sebsi | |
---|---|
الباجي قائد السبسي | |
Tunisin VI prezidenti | |
Vəzifədədir | |
14 yanvar 2015-dən | |
Əvvəlki | Monsef Marzuki |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1926[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 2019[1][2][…] (93 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Partiya | Nidaa Tounes |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat |
Dini | islam[4], sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır. Əs-Sebsi ölkəsində 5 il nazir kimi fəaliyyət göstərdikdən sonra, Tunis Fransada səfiri təyin edilir. O, bu vəzifədə çox qalmır, 1971-ci ilin yanvar ayında ölkəsində daha çox demokratik mühitin olmasını tələb edərək vəzifəsindən istefa verir və ölkəsinə qayıdır.
Bir müddət ölkəsində əsas siyasi fiqurlardan biri kimi akitv fəaliyyət göstərdikdən sonra, 1981-ci ilin aprel ayında Məhəmməd Mzalın rəhbərliyi ilə təşkil edilmiş kabinetdə xarici işlər naziri vəzifəsini icra edir. Əs-Sebsi 5 il bu vəzifədə işləyir və 1986-cı ilin sentyabr ayında vəzifəsindən ayrılır.[5] 1987-ci ildə Almaniyaya səfir təyin olunur. 1990 və 1991-ci illərdə Tunis Nümayəndələr Məclisinin sədri seçilir. Əs-Sebsinin parlamentdəki son vəzifəsi 1994-cü ildə başa çatır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.