From Wikipedia, the free encyclopedia
Beriev Be-200 "Altair" — Rusiya istehsalı amfibiya təyyarə.
Be-200 | |
---|---|
Tipi | Amfibiya təyyarə, hidrotəyyarə |
İlk uçuş | 24 sentyabr 1998 |
İstismara verilmə tarixi | 2003 |
İstismarçılar | |
Buraxılış sayı | 18 |
Vikianbarda əlaqəli mediafayllar |
Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur.
Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir.[1]
Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır.[2]
Amfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir.
Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub.
Modelin adı | Qısa məlumat |
BE-200 | Yanğınsöndürən amfibiya təyyarəsi, 1 nüsxə (ilk uçuş 24 sentyabr 1998-ci il). |
BE-200P | Uzun müddət havada qalması və müşahidəsi üçün avadanlığı olan, 2 pilot da daxil olmaqla 9 nəfərə qədər artırılmış ekipajı olan patrul təyyarəsi |
BE-200PS | Patrul axtarış-xilasetmə amfibiya təyyarəsi, Be-200P-nin daha da modernləşdirilmiş variantı, quruda və suda axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Xüsusi axtarış-xilasetmə avadanlığı ilə təchiz olunub. Ekipaj 2 pilot, 2 müşahidəçi, bort mexaniki və 2 xilasedicidən ibarətdir. |
BE-200ÇS(Be-200ES-E) | Çoxməqsədli amfibiya təyyarəsi, seriyalı şəkildə istehsal olunur (ilk uçuş 27 avqust 2002-ci il). |
BE-300(Proyekt) | Çoxməqsədli təyyarə. Be-200-ün quru versiyası. |
2003-cü ildən BE-200 Rusiya və digər ölkələrdəki meşə yanğınları ilə mübarizədə istifadə olunur
Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS:
29 aprel 2015: Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya təxliyə olunub.[4][5]
17 dekabr 2015: "Günəşli" yatağında baş vermiş qəzanın nəticəsində itkin düşənlərin axtarışı[6]
27 dekabr 2015 – 22 aprel 2016: Günəşli yatağında baş verən qəzadan itkin düşmüş neftçilərin ayrı-ayrı vaxtlarda Xəzər dənizinin Türkmənistan sahəsində tapılan meyidlərinin Azərbaycana gətirilməsi[7][8][9][10]
27 noyabr 2016: İsraildə meşə yanğınları söndürülüb[11]
10 dekabr 2019: "Eurohome" tikinti bazarındakı yanğının söndürülməsi[12]
15 – 18 yanvar 2021: Hirkan milli parkında yanğının söndürülməsi[13]
5 – 16 avqust 2021: Türkiyə respublikasında meşə yanğınlarının söndürülməsi[14]
23 – 30 iyun 2022-ci il tarixinlərində Azərbaycan FHN-ə məxsus təyyarə Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edib..[15][16]
11 iyul 2022: Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunub.[17]
16 avqust 2022: Şabran rayonunda baş vermiş yanğının söndürülməsi[18]
28 avqust 2022: Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarədə texniki problem yaranıb. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.[19]
2024-cü ilin ortalarında yenidən istifadədə görülüb.[20]
2024-cü ilin avqust-oktyabr aylarında meşə yanğınları ilə mübarizə üçün Türkiyədə olub.[21][22]
14 avqust 2021 tarixində Türkiyədə Rusiyaya məxsus "Be-200" təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan beş rusiyalı və yanğın ocaqlarını göstərən üç türkiyəli hərbçi həlak olub.[23]
Rusiya Fövqəladə Hallar Nazirliyi — 8+24 ədəd[24][25]
İndoneziya — 4 ədəd[26]
Çin — 4 ədəd[27]
Çili — 2 ədəd[30]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.