![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/52/Turkey_location_map.svg/langaz-640px-Turkey_location_map.svg.png&w=640&q=50)
Bağçalıevlər
İstanbulda ərazi, Türkiyə / From Wikipedia, the free encyclopedia
Bağçalıevlər (türk. Bahçelievler) — İstanbul ilinin ilçəsi. İstanbulun Avropa tərəfində, cənubdan Bakırköy, Qərbdən Kiçikçəkməcə, şimaldan Bağçılar və şərqdə isə Güngörən ilçələri ilə həmsərhəddir. 1992-ci ildə Bakırköy ilçəsindən ayrılaraq müstəqil ilçə olmuşdur.
Bağçalıevlər | |
---|---|
40°59′51″ şm. e. 28°51′02″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 212 |
Poçt indeksi | 34180[1] |
Nəqliyyat kodu | 34[2] |
Digər | |
bahcelievler.bel.tr | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Bahçelievler, Cumhuriyyət, Çobançeşmə, Fövzi Çaxmaq, Hürriyət, Qocasinan, Siyavuşpasa, Soğanlı, Şirinevlər, Yenibosna, Zəfər və Bağçalıevlər olmaqla 11 məhəllədən ibarətdir. Rayona bağlı heç bir kənd və ya bucaq yoxdur.
1950-ci illərə qədər bu gün Bağçalıevlər ilçəsinin ərazisində Qocasinan və Yenibosna kəndləri olmuşdur. Bağçalıevlərdə O-1 (keçmiş E-5) yolunun üzərində yerləşir.
Qonşu ilçələrin əhalisi kimi, Bağçalıevlərin əhalisi də 60-cı illərdən etibarən çox sürətlə artmışdır. 1960-cı ildə 8.500 nəfər əhalisi olan rayonun nüfuzu, 5 il sonra, 1965-ci ildə 20.881-ə çıxmışdır. 1975-ci ildə Bağçalıevlərin əhalisi 100 min nəfəri ötmüşdür.