From Wikipedia, the free encyclopedia
"Battle Angel Alita" və ya Yaponiyada tanınan adı ilə "Gunnm" Yukito Kişiro tərəfindən çəkilmiş və yazılmış manqa seriyasıdır. Manqa seriyasının yayımlanması 15 dekabr 1990-cı ildə Shueisha nəşriyyatının "Business Jump" jurnalında başlamış, 1 aprel 1995-ci ildə isə başa çatmışdır. Bu müddət ərzində manqanın 53 fəsli çap olunmuşdur. Manqa Alita adlı (orijinal yapon versiyasında Qalli) yaddaşını itirmiş kiborq qızdan bəhs edir. Daysuke İdo adlı kibertibb mütəxəssisi tərəfindən tullantıların arasından tapılmış Alita əslində kim olduğunu və keçmişini öyrənməyə çalışır. Hadisələr XXVI əsrdə Tiferes (orijinal yapon versiyasında Salim) və Xarabalıq adlı uydurma şəhərlərdə cərəyan edir.
Shueisha nəşriyyatı manqanın fəsillərini tankobon cildlərdə toplamışdır. İlk cild 19 sentyabr 1991-ci ildə, sonuncu – 9-cu cild isə 19 iyul 1995-ci ildə buraxılmışdır. Yukito Kişiro manqanın davamı xarakteri daşıyan daha iki manqa seriyası yaratmışdır. Birincisi, "Battle Angel Alita: Last Order" manqa seriyası 18 noyabr 2000-ci ildən 28 yanvar 2014-cü ilə kimi nəşr olunmuşdur. Bu manqa 19 iyun 2010-cu ilə kimi Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında, qalan tarixlərdə isə Kodansha nəşriyyatının "Evening" jurnalında nəşr olunmuşdur. Manqanın 19 iyul 2001-ci ildən 23 aprel 2014-cü ilə kimi 19 cildi buraxılmışdır. İkincisi, "Battle Angel Alita: Mars Chronicle" 28 oktyabr 2014-cü ildən Kodansha nəşriyyatının "Evening" jurnalında yayımlanır və indiyə qədər 9 cildi buraxılmışdır.
Bunlarda əlavə, "Battle Angel Alita: Holy Night and Other Stories" (銃夢外伝, Ganmu Gaiden?) adlı başqa manqa 24 yanvar 1997-ci ildən 19 dekabr 2006-cı ilə kimi "Ultra Jump" jurnalında yayımlanmışdır. 19 dekabr 2007-ci ildə tək cild şəklində buraxılmışdır. Dörd qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". "Gunnm: Complete Edition" adlı 6 cildlik xüsusi buraxılış Yaponiyada 23 dekabr 1998-ci ildə buraxılmışdır. B5 formatında buraxılmış buraxılış orijinal hekayəyə malik olsa da, "Battle Angel Alita: Last Order" hekayəsinin davamiyyəti üçün fərqli sonluqla başa çatır. Buraxılışa ilk eskizlər, zaman xətti və ilk 3 "Battle Angel Alita: Holy Night and Other Stories" hekayəsi daxildir. "Ashen Victor" adlı spin-off manqası isə 1995-ci ilin sentyabrından 1996-cı ilin iyuluna kimi Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunmuş və tək cildi buraxılmışdır.
Manqa seriyası əsasında 1993-cü ildə "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA buraxılmışdır. 21 dekabr 2018-ci ildə Robert Rodrigesin rejissorluğu, Ceyms Kemeron və Con Landaunun prodüserliyi ilə çəkilən "Alita: Döyüş mələyi" adlı Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır.
№ | Başlıq | Yapon nəşr tarixi | Yapon ISBN | ||
---|---|---|---|---|---|
1 | Paslı mələk (錆びた天使 Sabita Tenshi) | 19 sentyabr 1991[1] | ISBN 978-4-08-875071-2 | ||
2 | Dəmir qız (鋼鉄の処女 Kōtetsu no Shojo) | 19 fevral 1992[2] | ISBN 978-4-08-875072-9 | ||
3 | Mələyi öldürmək (殺戮の天使 Satsuriku no Enjeru) | 17 iyul 1992[3] | ISBN 978-4-08-875073-6 | ||
4 | Ars Maqna (炎の中に立つ男 Honō no Naka ni Tatsu Otoko) | 19 may 1993[4] | ISBN 978-4-08-875074-3 | ||
5 | İtmiş qoyun (復讐の季節 Fukushū no Kisetsu) | 17 sentyabr 1993[5] | ISBN 978-4-08-875075-0 | ||
6 | Yağış çağıran (自由への道 Jiyū e no Michi) | 19 yanvar 1994[6] | ISBN 978-4-08-875076-7 | ||
7 | Panzer gəlini (機甲花嫁 Kikō Hanayome) | 19 aprel 1994[7] | ISBN 978-4-08-875077-4 | ||
8 | Müharibə xronikası (馬借戦記 Bājakku Senki) | 19 sentyabr 1994[8] | ISBN 978-4-08-875078-1 | ||
9 | Fəth (ザレム征服 Zaremu Seifuku) | 19 iyul 1995[9] | ISBN 978-4-08-875079-8 | ||
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN | ||
---|---|---|---|---|---|---|
1 | 19 dekabr 2007 | ISBN 978-4-08-877356-8 [10] ISBN 978-4-08-908061-0[11] (xüsusi nəşr) | 30 oktyabr 2018[12] | ISBN 978-1-63236-710-5 | ||
№ | Başlıq | Yapon versiyasının nəşr tarixi | İngilis versiyasının nəşr tarixi | ||
---|---|---|---|---|---|
1 | Mələyin yenidən doğulması | 19 iyul 2001[13] ISBN 978-4-08-876188-6 | iyun 2003[14] ISBN 978-1-56931-824-9 | ||
2 | Günahsızlar mələyi | 19 fevral 2002[15] ISBN 978-4-08-876276-0 | 29 oktyabr 2003[16] ISBN 978-1-56931-976-5 | ||
3 | Sonsuz mələk | 19 sentyabr 2002[17] ISBN 978-4-08-876350-7 | 10 mart 2004[18] ISBN 978-1-59116-135-6 | ||
4 | Etiraz mələyi | 19 iyun 2003[19] ISBN 978-4-08-876471-9 | 19 oktyabr 2004[20] ISBN 978-1-59116-281-0 | ||
5 | Görünən mələk | 19 mart 2004[21] ISBN 978-4-08-876590-7 | 12 aprel 2005[22] ISBN 978-1-59116-282-7 | ||
6 | Mələk və vampir | 17 sentyabr 2004[23] ISBN 978-4-08-876682-9 | 8 noyabr 2005[24] ISBN 978-1-4215-0057-7 | ||
7 | Günahkar mələk | 18 mart 2005[25] ISBN 978-4-08-876777-2 | 13 iyun 2006[26] ISBN 978-1-4215-0433-9 | ||
8 | Mələyin baxışı | 18 noyabr 2005[27] ISBN 978-4-08-876876-2 | 12 dekabr 2006[28] ISBN 978-1-4215-0865-8 | ||
9 | Mələyin vəzifəsi | 19 iyul 2006[29] ISBN 978-4-08-877123-6 | 11 sentyabr 2007[30] ISBN 978-1-4215-1348-5 | ||
10 | Mələk nova edir | 19 iyul 2007[31] ISBN 978-4-08-877270-7 | 9 dekabr 2008[32] ISBN 978-1-4215-2164-0 | ||
11 | Mələk tortu | 19 fevral 2008[33] ISBN 978-4-08-877408-4 | 14 aprel 2009[34] ISBN 978-1-4215-2590-7 | ||
12 | Mələk reduksu | 19 avqust 2008[35] ISBN 978-4-08-877483-1 | 13 oktyabr 2009[36] ISBN 978-1-4215-2918-9 | ||
13 | Mələk olmayan | 17 aprel 2009[37] ISBN 978-4-08-877607-1 | 8 iyun 2010[38] ISBN 978-1-4215-3351-3 | ||
14 | Defuziya mələyi | 19 noyabr 2009[39] ISBN 978-4-08-877748-1 | 11 yanvar 2011[40] ISBN 1-4215-3795-8 | ||
15 | Son mələk qarşıdurması | 18 iyun 2010[41] ISBN 978-4-08-877885-3 | 11 oktyabr 2011 [42] ISBN 978-1-4215-3921-8 | ||
16 | — | 23 may 2011[43] ISBN 978-4-06-376062-0 | 4 dekabr 2012[44] ISBN 978-1-61262-275-0 | ||
17 | — | 23 aprel 2012[45] ISBN 978-4-06-376630-1 | 19 fevral 2013[46] ISBN 978-1-61262-296-5 | ||
18 | — | 23 aprel 2013[47] ISBN 978-4-06-376813-8 | 24 sentyabr 2013[48] ISBN 978-1-61262-297-2 | ||
| |||||
19 | — | 23 aprel 2014[49] ISBN 978-4-06-376969-2 | 9 sentyabr 2014[50] ISBN 978-1-61262-920-9 | ||
|
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN | ||
---|---|---|---|---|---|---|
1 | 22 may 2015[51] | ISBN 978-4-06-377195-4 | 23 yanvar 2018[52] | ISBN 978-1-63236-615-3 | ||
2 | 20 noyabr 2015[53] | ISBN 978-4-06-377357-6 | 24 aprel 2018[54] | 978-1-63236-616-0 | ||
3 | 22 iyul 2016[55] | ISBN 978-4-06-377488-7 | 5 iyun 2018[56] | 978-1-63236-617-7 | ||
4 | 23 may 2017[57] | ISBN 978-4-06-393195-2 | 28 avqust 2018[58] | 978-1-63236-618-4 | ||
5 | 22 dekabr 2017[59] | ISBN 978-4-06-510608-2 | 18 dekabr 2018[60] | 978-1-63236-658-0 | ||
6 | 21 noyabr 2018[61] | ISBN 978-4-06-512862-6 | 30 aprel 2019[62] | ISBN 978-1-63236-718-1 | ||
7 | 20 noyabr 2020[63] | ISBN 978-4-06-519223-8 | 20 iyul 2021[64] | 978-1-63236-784-6 | ||
8 | 22 noyabr 2021[65] | ISBN 978-4-06-525955-9 | 5 iyul 2022[66] | 978-1-63236-903-1 | ||
9 | 22 noyabr 2022[67] | ISBN 978-4-06-530199-9 | — | — | ||
10 | 23 aprel 2024[68] | ISBN 978-4-06-535282-3 | — | — | ||
Aşağıdakı fəsil hələ ki tankobon cildində toplanmayıb. O, "Comic Days" jurnalında 2024-ci ilin yanbarində nəşr olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.