Basarkeçər rayonu
Ermənistanda rayon From Wikipedia, the free encyclopedia
Ermənistanda rayon From Wikipedia, the free encyclopedia
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir.
Basarkeçər rayonu | |
---|---|
40°10′50″ şm. e. 45°43′12″ ş. u.HGYO |
|
İnzibati mərkəz | Basarkeçər |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.
Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.
28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirilmişlər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan tələf olur[1].
Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxaç, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan.
2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahıl bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı bir təhər oxuyub, başa çatdırdıqdan sonra deyib: "İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim" və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: "Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?". Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: "Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm".[2]
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Ağkilsə | Azat | 03.01.1935 |
Zərzibil | Zarkand | 03.01.1935 |
Böyük Qaraqoyunlu | Əzizli | 03.01.1935 |
Qırxbulaq | Akunk | 03.01.1935 |
Sətənəxac | Güney | 03.01.1935 |
Nərimanlı (Basarkeçər) | Şatvan | 19.04.1991 |
Sultanəliqışlaq | Canəhməd | … |
Oğruca | Qaraiman | … |
Qızılvəng | Çiçəkli | 24.07.1940 |
Gödəkbulaq | Karçaxpyur | 12.08.1946 |
Aşağı Zağalı | Tsovak | 12.08.1946 |
Qanlı | Qamışlı | 12.08.1946 |
Basarkeçər | Vardenis | 11.06.1969 |
Basarkeçər rayonu | Vardenis rayonu | 11.06.1969 |
Kərkibaş | Şəfəq | 25.05.1967 |
Yarpızlı | Lçavan | 25.05.1967 |
Babacan | Qızılkənd | 25.01.1978 |
İnəkdağ | Yenikənd | 25.01.1978 |
Yuxarı Zağalı | Axbradzor | 25.01.1978 |
Kəsəmən | Bahar | 25.01.1978 |
Tüskülü | Lusakunk | 25.01.1978 |
Çaxırlı | Sovetakert | 25.01.1978 |
Çiçəkli | Makenis | 25.01.1978 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.