kişi səs tembri From Wikipedia, the free encyclopedia
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi[1]. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür[2].
Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i).
Yüksək bas, melodik bas (kantante[3]), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir. Amma, ortalar və aşağılar tamamilə basdır, baxmayaraq ki, bəzən aşağı registr (mərkəzi baslarla müqayisədə) bir qədər zəif olur. Əsas diapazonu: Bb2—D4.
Mərkəzi bas daha geniş diapazona malikdir, tembr açıq bir bas xarakteri daşıyır. Bu cür səsi olan insanlar bəzən yuxarı registrdə problem yaşayırlar, baxmayaraq ki, o, stabil və səsdə çox güclü səslənə bilər. Əsas diapazonu: G2—C4.
Aşağı bas, ümumiyyətlə mərkəzi basın bir növüdür. Xüsusilə qalın bas koloritinə, məxməri tembrə, diapazonun daha qısa yuxarı hissəsində isə dərin və güclü aşağı notlara malik olan bir səsdir. Operada bu səsə bas-profundo deyilir. Əsas diapazonu: E2—B3.
Oktavizm.Xor pravoslav kilsəsi təcrübəsində səsinin xüsusi təbiəti olan müğənnilər var, hansıları ki, sinə registrində yox, üçüncü aşağı registrdə (səs aparatının digər hissələrinin titrəşimləri) ifa edirlər. Onlara oktavist deyirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.