Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq.
Qevoq | |
Bapisa | |
---|---|
Ölkə | Butan |
Dzonqxaq | Tximpxu |
Tarixi və coğrafiyası | |
Ləğv olunub | bilinmir |
Əvvəlki adı | Bapbi |
Sahəsi | 27[1] |
Mərkəzin hündürlüyü | 3000 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+6 , yayda UTC+7 |
Əhalisi | |
Rəsmi dili | Dzonqxa dili |
Coğrafiya
Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu.
Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi.[2] Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi.
İqtisadiyyat
Düyü qevoqun əsas qida mənbəyidir. Baharda cücərən buğda daha az populyardır. Qevoq sakinləri tərəvəz və düyüləri bazarda satmaq üçün yetişdirirlər. 2001-ci ildə ev təsərrüfatlarının 75%-dən çoxu elektrikləşdirilmiş və ölkədaxili boru kəmərinə bağlanmışdı.[1]
Əhali
2001-ci il məlumatlarına əsasən, qevoq 21 kənddə yaşayan 268 ailədən ibarət idi. Qevoqun bir dənə orta məktəbi var. Bu təhsil müəssisəsində 800 şagird qeydiyyatdan keçmişdi.[1] Əhalisi Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərində tibb xidməti alırdı.[3]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.