Balta-Liman konvensiyası
Osmanlı imparatorluğu ilə İngiltərə arasında ticarət müqaviləsi / From Wikipedia, the free encyclopedia
Balta-Limanı ticarət konvensiyası — Osmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi.[1]
Balta-Liman konvensiyası | |
---|---|
| |
Müqavilənin tipi | ticarət konvensiyası |
İmzalanma tarixi | 16 avqust,1838-ci il |
İmzalanma yeri | İstanbul, Balta-Limanı mahalı |
Qüvvəyə minməsi | 8 oktyabr,1838-ci il |
Tərəflər |
Osmanlı İmperiyası Böyük Britaniya |
Dili | türk, ingilis |
Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər.
Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi.