From Wikipedia, the free encyclopedia
Bahadur Qasım oğlu Zeynalov (1917, Qoçəhmədli, Qaryagin qəzası – 1995, Bakı) — kimyaçı,[1] AEA-nın həqiqi üzvi, əməkdar elm xadimi.
Bahadur Zeynalov | |
---|---|
1954 – 1955 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 1995 |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | kimyaçı |
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d] |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Bahadur Zeynalov 1917-ci ildə Qaryagin qəzasının Qoçəhmədli kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra 1930-cu ildə Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1933-cü ildə texnikumu tamamlayıb MTS-də aqrotexnik vəzifəsində işə başlamışdı. 1934-cü ildə API-yə qəbul olmuşdu. 1938-ci ildə institutu tamamlayıb, EA-nın aspiranturasına girmişdi. 1939-cu ildə əskəri xidmətə çağırılmışdı. Səmərqənd şəhərindəki 1592-ci süvari alayında hərbi qulluğa başlamışdı. 1940-cı ilədək burda xidmət etmişdi. 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olmuşdu. 1941-ci ildən 1945-ci ilədək II Dünya Müharibəsində iştirak etmişdi. Vzvod komandirindən polk komandirinə qədər şanlı savaş yolu keçmişdi. 1944-cü ildən 1946-cı ilədək Almaniyada Desau-Koxştad şəhərinin komendantı vəzifəsində qulluq etmişdi. 1946-cı ildə ordudan tərxis olunmuşdu. Elə həmin ildə də AEA-sı Kimya İnstitutunda aspiranturaya bərpa edilmişdi. 1949-cu ildə "neftin emalı əsasında alınmış məhsullarda sadə qamma-brom efirlərinin sintezi və tədqiqi" mövzusunda disertassiya müdafiə etmişdi.
Bahadur Zeynalov 1949-cu ildən 1950-ci ilədək Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilədək həmin institutda böyük elmi işçi vəzifəsində işləmişdi. 1953-cü ildən 1957-ci ilədək AEA-nın Kimya institutunun "Neft karbohidrogenlərinin maye fazada oksidləşməsi" laboratoriyasının müdiri vəzifəsində çalışmışdı.
Alim 1963-cü ildə elmi fəaliyyəti ilə bərabər pedaqoji fəaliyyətini də davam etdirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakultəsində, Azərbaycan Politexnik İnstitutunun texnoloji fakultəsində dərs aparmış, Azərbaycan Neft və Kimya İnstitutunda "Oksigenli üzvi birləşmələrin sintezi və alınma texnologiyası haqqında" xüsusi ixtisaslardan mühazirələr oxumuşdur.
1957-ci ildən 1958-ci ilədək AEA-nın partiya komitəsinin katibi vəzifəsində işləmişdi. 1959-cu ildən AEA-nın NKPI-nin "Plastifikatorların kimiyası və texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışmışdı. 1961-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Parafin distilləsinin oksidləşməsi məhsullarının praktiki istifadəsinin yolları" mövzusunda disertassiya müdafiə etmişdi. 1963-cü ilədən 1971-ci ilədək ADU-nun və Azərbaycan Politexnik İnstitutunun müəllimi işləmişdi.
1959–1995-ci illərdə Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) "Plastifikatorların kimyası və texnolo-giyası" laboratoriyasına rəhbərlik etmiş, 1986-cı ildə NKPİ-nin "Əsas üzvi sintez" şöbəsinin müdiri təyin edilmişdi.[2]
B. Q. Zeynalov 1961-ci ildə "Parafin distillatının oksidləşməsi və alınan məhsulların təcrübədə işlənmə yolları" adlı dissertasiyasını müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. B. Q. Zeynalov 1962-ci ilin mart ayından professor, 1976-cı ildən Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur.
B. Q. Zeynalov 1950-ci ildə neft karbohidrogenlərinin maye fazada oksidləşdirilməsinin tədqiqi sahəsində yeni elmi istiqamət üzrə işləməyə başlamışdır. Bu sahədə aparılan işlər neft karbohidrogenlərinin oksidləşdirilməsi nəzəriyyəsində müəyyən elmi əhəmiyyət kəsb etmiş, həmçinin oksidləşmə məhsullarının istifadə edilməsinə dair bir sıra praktiki sualların həllinə imkan yaratmışdır. B. Q. Zeynalovun rəhbərliyi və bilavasitə iştirakı ilə maye fazada karbohidrogenlərin oksidləşməsi sahəsində neft məhsullarının emalı elmi əsaslandırılmış, sintetik yağ-, naften-, naften-aromatik-, oksiturşuların alınması texnologiyasının xalq təsərrüfatında işlənmə prosesləri hazırlanmışdır. Bu işlər əsasında fasiləli və fasiləsiz 3 qurğu işə salınmışdır. Naften karbohidrogenlərinin oksidləşməsi nəticəsində sintetik naften turşularının (SNT) alınması prosesi ilk dəfə böyük alim Bahadur Zeynalovun rəhbərliyi ilə işlənib hazırlanmışdır.
SSRİ Neft Kimya Sənayesi Nazirliyi, Azərbaycan SSR Neft Emalı Nazirliyi və Ümumittifaq Səthi Aktiv Maddələr Layihə İnstitutu ilə birlikdə neftin orta fraksiyasından alınan naften konsentratın katalitik oksidləşməsi nəticəsində ildə 25000 ton SNT-nin alınması prosesinin işlənib hazırlanmasına göstəriş verilmişdir. Bundan başqa, dizel yanacaqlarının müəyyən hissəsini oksidləşdirməklə neft turşularının yeni texnologiyası üçün reqlament hazırlanmış, neft karbohidrogen-lərinin oksidləşməsindən alınan məhsulların xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunmasının kompleks metodları işlənmişdir. Sintetik naften turşusu və onun duzları hal-hazırda sikkativ, lak, emulqator, kanifol, oksisintez üçün katalizator-ların hazırlanmasında, korroziya inhibitorlarının alınmasında, filizlərin çıxarılmasında və s. sahələrdə tətbiq edilir.
Bundan başqa, doymamış karbohidrogenlər əsasında ilk dəfə olaraq oksosintez metodu ilə fərdi naften turşuları alınmışdır. Qazma texnikasında rezin tıxac üçün tətbiq olunan Plastiazan-1(şərti adla gedən plastifikatorlar) bir sıra nümayəndələrin alınma üsulları işlənib hazırlanmış, onlardan yeni tətbiq sahələrində istifadə olunmuşdur.
Avtomaşın hissələrinin hazırlanmasında "Plastiazan-60" tətbiq olunmuşdur. Plastiazan-1, 85/1 və 37 markalı plastifikatorlar polivinilxloridə, EPST tipli stabilizatorlar elektron sənayesində elektrik və istilik keçiricilik xassəsinə malik olan metalları əvəz edən qiymətli yapışqan, kompaund resepturasına plastifikator-stabilizator olaraq daxil edilmişdir. Müəyyən edilmişdir ki, "Plastiazanlar" öz dəyərini texnoloji sadəliyinə və effektli təsirinə görə hal-hazırda sənayedə tətbiq olunan və çox çətinliklə əldə edilən plastifikatorları əvəz edə bilər.
İlk dəfə olaraq ötürücü, cilalayacı polimer kompozisiyaların alınma prosesləri yaradılmışdır. Yapon firmasının buraxdığı "Toşibo" analoq əvəzedicisi Bakı Məişət Kondisonerləri Zavodunda (BMKZ) tətbiq edilmişdir.
B. Q. Zeynalovun böyük əhəmiyyət kəsb edən elmi fəaliyyətinin bir hissəsi də polimer modifikasiyasında plastikləşmə prosesində gedən kimyəvi reaksiyaların elmi əsaslarının yaratması olmuşdur. Onun tərəfindən yüksək keyfiyyətli plastifikatorların, plastifkator-stabilizatorların, həlledicilərin, yumşaldıcıların alınması prosesi işlənib hazırlanmışdır.
B. Q. Zeynalovun yeni tipli səthi-aktiv maddələrin istehsalında böyük elmi və texniki əhəmiyyət kəsb edən işləri vardır. Alınmış maddələr neftin istismarını yüksəltmək məqsədi ilə neft və qaz buruqlarının turşu tərkibli maddələrin əvəzedicisi kimi, sənaye tullantısı sayılan qazların uducusu, həlledicisi və s. maddələrin istehsalında istifadə olunmuş və iqtisadi gəlir milyon manat təşkil etmişdir.
Akademik B. Q. Zeynalovun keçmiş Sovet İttifaqının 30-dan artıq baş institut və müəssisələrinin alim və mütəxəsisləri, eləcə də xarici ölkələrin alimləri ilə sıx elmi və istehsalat əlaqələri olmuşdur. O, keçmiş SSRİ-nin bir sıra elmi-tədqiqat institutlarının aparıcı alimləri, o cümlədən Lenin və Dövlət mükafatları laureatı, SSRİ Elmlər Akademiyasının akademiki N. M. Emanuel ilə çox sıx elmi əlaqələri olmuşdur.
Bahadur Zeynalov 1950–1952-ci illərdə Bakı Şəhəri Çaparidze rayonunun, 1953-cü ildə Voroşilov rayonunun Zəhmətkeş Deputatları Sovetinin deputatı olmuşdu. 1952–1954-cü illərdə AEA-nın partiya komitəsinin katibi, 1954–1955-ci illərdə Bakı şəhəri Voroşilov rayonu partiya komitəsinin birinci katibi, 1957–1958-ci illərdə AEA-nın partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.