Bağdadın mühasirəsi (1733) — Səfəvi ordusunun Nadir xanın komandanlığı altında Bağdadı qısa zamanlıq olsa da, güclü formada mühasirədə saxlaması nəzərdə tutulur. Bağdadın taleyi mühasirənin təşkili prosesində yox, Bağdad yaxınlığında Samarra adlanan yerdə baş vermiş döyüşdə həll edildi. Bu döyüşdə Topal Osman Paşanın komandanlığı altında Bağdadda mühasirədə olan qarnizona yardıma gələn böyük Osmanlı ordusu ilə Səfəvi ordusu qarşılaşdı və Səfəvi ordusunun komandanı Nadir xan həyatında ilk meydan döyüşü məğlubiyyətini aldı. Böyük canlı və hərbi sursat itirən Səfəvi ordusu artıq ümidsiz vəziyyətdə olan Bağdadın mühasirəsini yarım saxlayaraq geri çəkildilər.[1]
Cəld faktlar Tarix, Yeri ...
Bağdadın mühasirəsi (1733) |
---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri |
Nadir xanın Osmanlı İraqındakı fəaliyyəti. |
Tarix |
Fevral-iyul 1733 |
Yeri |
Bağdad |
Nəticəsi |
Uğursuz mühasirə * Osmanlı qüvvələri şəhərə doğru geri çəkildilər. * Bağdad mühasirəyə alındı, Səfəvi ordusunun əsas hissəsi Samarrada yardım qüvvələri ilə qarşılaşmaq üçün şimala doğru irəlilədi. * Samarra döyüşündə məğlubiyyət nəticəsində mühasirə uğursuz bir şəkildə sonlandırıldı. |
Ərazi dəyişikliyi |
Bağdadın mühasirəsi ləğv edildi. Səfəvi ordusu Osmanlı İraqını qısa müddətlik də olsa, tərk etdi. |
|
|
100 min * 70 min nəfər şimala Samarra doğru yönəldi. * 30 min nəfər şəhərin mühasirəsində qaldı.
|
Bilinmir
|
|
|
|
Bağla