Bərgüşad kaskadı

From Wikipedia, the free encyclopedia

Bərgüşad kaskadımap

Bərgüşad kaskadı[1] (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir.[2][3][4][5][6]

Cəld faktlar Ümumi məlumatlar, Çay ...
Bərgüşad kaskadı
Thumb
Spandaryan SES
Ümumi məlumatlar
Çay Bərgüşad çayı
Tikilmə tarixi 1961
İstismara verilib 1989
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Beton
Yerləşməsi
39°25′39″ şm. e. 46°22′15″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region
  • Sunik mərzi
Thumb
Bərgüşad kaskadı
Bərgüşad kaskadı
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır[7]. Ermənistan müstəqilliyini əldə etdikdən sonra Bərguşad kaskadı dövlət enerji şirkəti Armenergoya həvalə edilir. 1997-ci ildən isə onun idarəsi Armenergonun ayrı bir törəmə dövlət şirkətinə verilir[8]

Kaskadın modernləşdirilməsi 2003-cü ildə Avropanın 2.7 milyon avro həcmində ayırdığı vəsait hesabına gercəkləşdirlir. Bərpa işləri Voith Siemens Hydro Power Generation tərəfindən aparılmışdır. Almaniyanın KfW inkişaf bankından 51 milyon avro məbləğində maliyyə ayrılır[9]. Bərpa işləri 2012-ci ildə başlanılı[10]. [12]

2015-ci ildə ContourGlobal Bərguşad kaskadını[11] 180 milyon ABŞ dollarına satın almışdır. ContourGlobal zavodların modernləşdirilməsi və onların əməliyyat göstəricilərinin yaxşılaşdırılması, həmçinin təhlükəsizlik, etibarlılıq və səmərəliliyin artırılması üçün 70 milyon dollar vısait qoymağı öz üzərinə götürmüşdür.

Stansiyalar

Tatev SES

Tatev SES Bərgüşad çayının üzərində eyni adlı su anbarının önündə yerləşir. Quraşdırılmış gücü 157,2 meqavat və illik 670 QVt gücündə olan Ermənistanın ən böyük su elektrik stansiyalarından biridir. Hər birinin gücü 52.4 meqavat olan üç Pelton turbinası ilə təhciz edilmişdir.

Şamb SES

Şamb SES Bərgüşad çayının sağ sahilində Şamb kəndinin yaxınlığında 1328 metr yüksəklikdə yerləşir. 171 meqavat elektrik enerjisi istehsal edən ən böyük hidroelektrik stansiyasından biridir.

Spandaryan SES

Spandaryan SES Şaqhat yaxınlığında 1694 metr yüksəklikdə yerləşir. Bu 1989-cu ildə istismara verilən kəmərin üstündə yerləşən yüksək hidroelektrik stansiyadır. İllik 210 GVt elektrik enerjisi istehsalına malikdir.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.