Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə)
From Wikipedia, the free encyclopedia
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı.
2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Bədii Gimnastika | ||||
Komanda, Çoxnövçülük | Qadınlar | |||
Komanda, Lent | Qadınlar | |||
Komanda, Gürzə və Həlqə | Qadınlar | |||
Fərdi, Çoxnövçülük | Qadınlar | |||
Fərdi, Həlqə | Qadınlar | |||
Fərdi, Top | Qadınlar | |||
Fərdi, Gürzə | Qadınlar | |||
Fərdi, Lent | Qadınlar |
Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı.