Böyük Liaxvi çayı[1] (oset. Стыр Леуахи;[2] gürc. დიდი ლიახვი, Диди-Лиахви)- Kür çayının sol qolu olub, Gürcüstan ərazisində Cənubi Osetiyada çay.

Cəld faktlar Ölkə, Şəhər ...
Böyük Liaxvi çayı
oset. Стыр Леуахи, gürc. დიდი ლიახვი
Thumb
Ölkə  Gürcüstan
Şəhər
  • Cənubi Osetiya
Mənsəbi Kür çayı/Xəzər dənizi
Uzunluğu 98 km
Hövzəsinin sahəsi 2440 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Əsas xüsusiyyətləri

Thumb
Liaxvi çayının hövzəsi

Uzunluğu 98 km olub, hövzəsinin sahəsi isə 2440 km²-dir. Çayın orta meyilliyi 17,9 m/km-dir[3]. Yuxarı axarlarında Ermanibon adlanır. Buradakı çaylar Böyük Qafqazın cənub yamaclarından başlanğıcını götürür. Məsələn Lazq-Çiti (3877 m) dağından. Çayın axını sürətlidir. Transqafqaz magistralı Böyük Liaxvi çayının yaxınlığından keçir. Hansı ki, bu yol, ŞimaliCənubi Osetiya əyalətlərini bir-biri ilə birləşdirir. Çayın sahilində şəhər tipli qəsəbə Dzau, Çxinval şəhəri, Qufta və İtralis kəndləri və Kür çayına töküldüyü zaman Qori şəhəri yerləşir. Balaca Liaxvi çayın iri sol qoludur. Uzunluğuna görə ikinci iri qolu Paça çayı olub, sağ tərəfdən Qufta kəndi yaxınlığında ona tökülür. Şimalda yerləşən Kexvi kəndində gücü 200 kilo/vat olan SES var. 2007-ci ildə onun gücü 1 meqa/vatta malikdir. Çayın hövzəsində Çilqidzuar dağ gölü yerləşir.

Thumb

Etimologiyası

Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.[4]

Yaşayış məntəqələri

Cənubi Osetiya ərazisində

  • Sredniy Ruk kəndi,
  • Baqiata,
  • Çala,
  • Çarita,
  • Uanel,
  • Koşkayikau,
  • Rokata,
  • Elbaçita,
  • Bordjnis,
  • Stırfaz,
  • Uallaq Xuçe,
  • Bınaq Xuçe,
  • Dzau,
  • Ninia
  • Buzala,
  • Msxleb,
  • Bars,
  • Stır Qufta,
  • Çısıl Qufta,
  • İtralis,

Gürcüstan Respublikası daxilində

  • Erqneti,
  • Aşağı Nikozi,
  • Meqvekrisi,
  • Pxepisi,
  • Şindisi,
  • Dzevara,
  • Variani,
  • Tedoçminda.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.