From Wikipedia, the free encyclopedia
Aşio mis mədəni qiyamı (足尾暴動事件, Aşio bodo ciken?) – 1907-ci ilin fevralında Yaponiyanın Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində baş vermiş iğtişaş.[1] Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldıraraq mədən tikililərinə böyük zərər vurmuşdurlar.[1]
1906-cı ildə Naqaoka Tsuruzo və Minami Sukematsunun başçılığı altında 600 mədənçi Yaponiya Mədənçilər Birliyinin Aşio şöbəsini yaratmışdır.[1] Onlar daha yaxşı iş şəraiti və maaşların 60% artırılmasını tələb etməyə başlamışdırlar.[1][2]
Mədənçilərin tələbləri qarşılanmadığı üçün 4 fevral 1907-ci ildə Aşio mis mədənində qiyam başlamışdır.[1] Mədənçilər telefon xətlərini kəsmiş, mühafizə qüllərinə və digər şirkət binalarına hücum etmişdirlər, lakin polislər onları dayandıra bilmişdirlər.[1] 6 fevralda mədənçilər əsas mühafizə qülləsini dinamitlə partlatmış və 130 tikilini yandırmışdırlar.[1] Qiyam zamanı sadəcə bir nəfər – sərxoş qiyamçı ölmüşdür.[2]
Yaponiya hökuməti mədəndə hərbi vəziyyət elan etmiş və 7 fevralda qiyamı yatırmaq üçün 3 hərbi birlik göndərmişdir.[1] 628 mədənçi saxlanılmış, 182 mədənçi qiyam başlatmaqla ittiham olunmuş və 82 mədənçiyə həbs cəzası verilmişdir.[1][2]
Qiyamdan sonra şirkət islahatlar aparmış və mədənçilərin maaşını 20% artırmışdır.[2] Mədənçilər daha çox müstəqillik əldə etmişdirlər.[2] Aşio mədənində baş verən qiyam Yaponiyanın başqa yerlərində də mədən qiyamlarının baş verməsinə təsir göstərmişdir.[1] Bunlardan biri Beşşi mis mədəni qiyamı olmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.