From Wikipedia, the free encyclopedia
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.
Tarixi Azərbaycan əraziləri | |
Aşağı Körpülü | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Loru mahalı |
Əhalisi | 319 (1931) |
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.
Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır[1]. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir[2]. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.