Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi UralUralyanıda çay. TatarıstanBaşqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını[1] və Cənubi Uralın ən böyük çayı[2].

Cəld faktlar Ölkə, Mənbəyi ...
Ağidel
başq. Ағиҙел, tatar. Агыйдел, rus. Белая
Thumb
Ölkə  Rusiya
Mənbəyi Cənubi Ural, İrəməl şəhəri
Mənsəbi Tatarıstan, Nijnekamsk su anbarı
Uzunluğu 1430 km
Su sərfi 950 m³/san
Hövzəsinin sahəsi 142 000 km²
DSR[rus.] 10010200112111100016731
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Etimologiya

Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür.[3] XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar.[4]

Coğrafiya

Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.[1] Əsas su mənbəsi İrəməl dağın əriyən qarıdır.[5]

Başqırdıstan ərazisində və onun Tatarıstan ilə sərhədində axır.[6] Çulman çayın ən böyük axını[7] və Başqırdıstanın ən uzun çayıdır[5].

Sahilləri əsasən çöllüklərdən ibarətdir, bəzi hissələrdə meşəli yerlər də var. Çayın yuxarı hissəsində böyük sayda mağara var.[5]

Ağidel hər il öz sahillərindən kənara çıxıb, ətrafını batızdırır.[8]

Çayın əsas qolları: Nuquş, Təyrük, Sem, Qaraidel, Bir, Tere Tanıp - sağdan; Aşkazar, Örşək, Dim, Qarmasan, Çərməsən, Bazı, Sön - soldan.

İqtisadiyyat

Nəqliyyat

Çayın üzərində bir sıra körpü var. Onlardan ən böyükləri Ufadaki avtomobil və dəmir yolu körpülərdilər.[5]

Gəmiçilik

Ağidel Başqırdıstanın əsas su magistralıdır. Burdaki gəmilər əsasən neft, çınqılnan qum qarışığı və tikinti vəsaitlərini daşıyır. Bundan əlavə, sərnişinlərin Rusiyanın Avropa hissəsindəki müxtəlif istiqamətlərinə çatdırılması aparılır.[9]

Eenerji

Çayda üç hidrosistem tikilməyə planlaşdırılır. Birincisi, 2003-cü ildə Yomağuja su anbarın tikilib və 2005-ci ildə Yomağuja su elektrik stansiyasının (SES) tam iş rejimində fəaliyyət göstərməyi başladı.[5]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.