From Wikipedia, the free encyclopedia
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını.[1] O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır.
Qaraidel | |
---|---|
başq. Ҡариҙел | |
Ölkə | Rusiya |
Mənbəyi | Cənubi Ural, Uraltau |
Mənsəbi | Başqırdıstan, Ufa, Ağidel |
Uzunluğu | 918 km |
Su sərfi | 388 m³/san |
Hövzəsinin sahəsi | 53 100 km² |
DSR[rus.] | 10010200812111100020106 |
Vikianbarda əlaqəli mediafayllar |
Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı.[2] Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq. Ҡариҙел) idi.
Qaraidel ilə Ağidel çayları qovuşanda, onların tünd və açıq axınların arasında fərq görünür.[2]
Başqırdıstan Respublikasında bu çaya Ufimka deyirlər, Sverdlovsk və Çelyabinsk vilayətlərində isə Ufa. Başqırd ilə tatarlar isə onu Qaraidel adlandırırlar.[3]
Qaraidel Ağidelin ən böyük axınıdır.[2]
Çayın əsas qolları: Ufaleyka, Kukazar, Nadı, Əy, Serqa, Yürüdən, Töy, Esem, Şarovarka, Buqalış, Bisert, Sarana, Ərtə və Şuqurovka.
Yaşayış məntəqələri: Nyazepetrovsk şəhəri, Bilən qəsəbəsi, Şamaxı qəsəbəsi, Arıslan qəsəbəsi, Krasnoufimsk şəhəri, Sarana qəsəbəsi, Mullakay kəndi, Qaraidel qəsəbəsi, Pavlovka qəsəbəsi, Çandar kəndi və Ufa şəhəri.
Çayın yuxarı hissələrində nikel, dəmir, mis və kobalt var. Yuxarı axının qollarında isə almaz və qızıl tapılır. Vadisində isə neft, qaz, gil, qum və çınqıl var.[4]
1960-cı ildə çayda Pavlovka su-elektrik stansiyası (SES) tikintisi başa çatıb. Pavlovka SES-ın dambası eyniadlı su anbarı yaradır.[5]
İnsanlar bu çayın sahillərində paleolit dövründən bəri yaşayırlar.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.