Azərbaycan aktyoru From Wikipedia, the free encyclopedia
Ağahüseyn Cavadov (22 aprel 1894, Xırdalan, Bakı qəzası – 19 iyun 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1938).[1][2]
Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan[1] Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilmir və ailəsini dolandırmaq üçün tacir yanında işləyir.[3][4][5]
Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.[1][3]
O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb.[3] Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirmişdir. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.[1]
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.
Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", "Həyat" və "Yaxşı adam" — Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), Almurad ("Mənim günahım" — İ. Əfəndiyev),[3] İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka Lukiç ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov) rollarında çıxış edib.[4][5]
Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib.[3][5]
Aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.[4]
Ağahüseyn Cavadov 19 iyun 1981-ci ildə Bakıda vəfat edib.[6] İkinci Fəxri Xiyabanda dəfn olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.