Azərbaycanın İstiqlal Bəyannaməsi
Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyini elan edən rəsmi sənəd / From Wikipedia, the free encyclopedia
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیاننامهسی) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامهسی) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.
İstiqlal Əqdnaməsi | |
---|---|
az-əbcəd. ایستیقلال عقدنامهسی | |
İmzalanma tarixi | 27 may 1918 |
Təsdiqlənib | 28 may 1918 |
Orijinal dil | Azərbaycan dili |
İmzalanma yeri | Tiflis |
Müəllif | Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası |
İmzalayanlar |
Həsən bəy Ağayev Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyli Camo bəy Hacınski Şəfi bəy Rüstəmbəyli Nəriman bəy Nərimanbəyov Cavad Məlik-Yeqanov Mustafa Mahmudov |
Vikimənbədə elektron versiyası |
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.
Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir.