Azərbaycan gerbi
Azərbaycanın milli emblemi / From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Cəld faktlar Detallar, Armiger ...
Azərbaycan gerbi | |
---|---|
Detallar | |
Armiger | Azərbaycan |
Təsis edilib | 17 noyabr 1990 (1918) |
Təsdiq edilib | 19 yanvar 1993 |
Gerbin lövhəsi | Şərq qalxanı |
Tərəfkeş | palıd budaqlarından və sünbüllərdən ibarət qövs |
Dayaq (heraldika) | Sünbül və palıd |
Digər elementlər | Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsvir olunub |
İlk variantı | |
Digər variantlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır.[1]