Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Dünyanın ən böyük milli neft şirkətlərindən biri / From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | dövlətə məxsus müəssisə |
Sənaye | neft sənayesi[d] |
Məhsulu | neft |
Təsis tarixi | 13 sentyabr 1992 |
Baş qərargahın yeri | Bakı Bakı |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 20 milyard ABŞ Dolları |
Struktur | |
İşçi sayı | 66 234 nəfər (2013) [1] |
Rəhbərlik | |
Rəhbərlik |
Rövşən Nəcəf (prezident) vakant (birinci vitse-prezident) Anar Məmmədov (vitse-prezident) Arzu Cavadova (vitse-prezident) Babək Hüseynov (vitse-prezident) Elşad Nəsirov (vitse-prezident) Əfqan İsayev (vitse-prezident) Fuad Musayev (vitse-prezident) Babək Hüseynov (vitse-prezident) Əfqan İsayev (vitse-prezident) Fuad Musayev (vitse-prezident) İsmayıl Zərgərli (vitse-prezident) Kənan Nəcəfov (vitse-prezident) Zaur Qurbanv (vitse-prezident) Ziba Mustafayeva (vitse-prezident) |
socar.az/az/home | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.
Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır.[2] Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.[3]
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[4]