Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
From Wikipedia, the free encyclopedia
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi.
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | |
---|---|
| |
Hücum yeri |
Azərbaycan Dövlət Neft Akademiyası |
Vaxt |
30 aprel 2009 09:30 |
Hücum üsulu | Kütləvi |
Silah | Makarov PM |
Həlak olanlar | 13 |
Yaralılar | 13 |
Terrorçular | Fərda Qədirov |
![]() |
Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur.[1] Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.
Hadisə yerinə xüsusi təyinatlıların iki avtobusu gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib. Qədirovun üstündən tutumu qırx və yetmiş bir patron olan 3 ədəd patron darağı və iki ədəd maqazin götürülüb.
Hadisə yerinə Daxili İşlər Naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər. Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.[2]