Azad proqram təminatı fondu
From Wikipedia, the free encyclopedia
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində[6] Riçard Stallman[7] tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı.[8]
Cəld faktlar Azad proqram təminatı fondu FSF, Növü ...
Azad proqram təminatı fondu FSF | |
---|---|
Növü | 501(c)(3) təşkilatı[d][1][2] |
Yaranma tarixi | 4 oktyabr 1985[3] |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Riçard Stolman[5] |
fsf.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu.
1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar.