Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri
From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürü.[1]
Cümhuriyyət elan edildiyi gündən (1918, 28 may) dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət verildi[2]. Ən mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Daha sonra isə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himni də qəbul edildi.