Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi / From Wikipedia, the free encyclopedia
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası | |
---|---|
40°23′46″ şm. e. 49°52′24″ ş. u. | |
Əsası qoyulub | 2002 |
Tip | Dövlət ali təhsil müəssisəsi, akademiya |
Rektor | Natiq Əliyev |
Tələbə sayı | 800-dən çox |
Şəhər | Bakı Bakı |
Ölkə | |
Ünvan | AZ1029, Bakı ş., H. Əliyev pr. 26 [1] |
Sayt | adra.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.[1]
Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.[2]
Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 1200-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir.[3][4][5]