![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dd/Flag_of_Azerbaijan.svg/langaz-640px-Flag_of_Azerbaijan.svg.png&w=640&q=50)
Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında — 2021-ci ilin[lower-alpha 1] 24 iyul–8 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində baş tutan XXXII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarında 44 idmançı ilə 14 idman növündə təmsil olundu.
Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 44 idmançı (14 idman növündə) | ||||||||
Bayraqdar | R. Orucov və F. Əzizova (açılış mərasimi) Hacı Əliyev (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 67 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
![]() ![]() |
Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarını 7 medalla (3 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib oldu.
XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 67-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən XXXII Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 7 nəfər "Vətənə xidmətə görə" ordeni ilə, 12 nəfər "Əmək" ordeni ilə, 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.
Azərbaycan olimpiyaçıları 25 ildən sonra birinci dəfə Olimpiya Oyunlarını qızıl medalsız başa vurdu. Bu Azərbaycan Milli Olimpiya Komandasının 1996-cı ildən bu tərəfə ən aşağı nəticəsi idi. İstər cəmiyyətdə, istərsə də prezident səviyyəsində bu nəticələr ciddi formada tənqid edildi. Olimpiadadan sonra 15 ildir gənclər və idman nazirinin idman siyasəti üzrə müavini olan İsmayıl İsmayılov və 21 ildir gənclər və idman nazirinin gənclər siyasəti üzrə müavini olan İntiqam Babayev vəzifələrindən qovuldu. Apreldə vəfat edən gənclər və idman naziri Azad Rəhimovun əvəzinə Fərid Qayıbov təyin edildi. İstefalar dalğası bununla başa çatmadı. Fərid Qayıbovun gəlişindən sonra 10-dan çox idman federasiyasına yeni prezident seçildi.